ELÇİBEY'İN XEYATI

Elçibey’in Xeyatı

Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 24 İyun 1938′ci ildə Naxçıvanda Ordubad rayonunun Kələki kəndində doğulub.
Unus kənd 7′illik məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbdə təhsilini başa vurub.
1957′ci ildə indiki M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə girib. Buranı qurtardıqdan sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Birləşmiş Ərəb Respublikasına (Misrə) göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçilik edib (I.1963 – X.1964). Xarici ezamiyyətdən dönərək BDU’da aspiranturaya girib (1965) və onu uğurla bitirib (1968). “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU’nun Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975). 1975′ci ilin Yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğat aparmaq üstündə həbs edib və o, 17 İyul 1976′cı ilədək siyasi dustaq olub, əsasən Qaradağ daş karxanasında ağır işlər gürməyə məhkum edilib.

 

No comments:

Post a Comment